Xətai rayon, Heydər Əliyev Parkı festival

Sentyabr ayının 29-da Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev parkında əyləncəli festivalımız baş tutdu. Festivala Murad Arif, Tünzalə Ağayeva, Mərdan Kazım kimi sənətçilərin çıxışları ilə yanaşı kloun şou, kukla teatrı, DJ performansı da fərqlilik qatdı. “Shokki Mokki”li şirniyyatlar, uşaqlar üçün boşqab rəngləmə, üz boyama, keks bəzəmək, milli rəqs performansı kimi master-klasslar festivalımızı daha da rəngarəng etdi. Birlikdə unudulmaz və bənzərsiz bir gün keçirdik.