Haqqımızda

Uşağınızın böyüməsini və inkişafını izləmək, hər bir valideyn üçün ən qiymətli anlardan biridir. Məhz bu anlayışla Shokki Mokki illərdir ki, ailələrin etibar etdiyi ləzzət brendi olaraq, səhər yeməklərinin və günün istənilən anının sevimli dadına çevrilmişdir. Zaqatala bağlarından seçilən təzə fındıqlar, yüksək keyfiyyətli kakao və saf süddən hazırlanan Shokki Mokki şokoladları, təbii inqrediyentləri və mükəmməl dad balansı ilə həm uşaqlar, həm də böyüklər üçün unudulmaz bir təcrübə təqdim edir. Məhsullarımızın tərkibində GMO, trans yağlar, donuz yağı, süni rəngləndiricilər və qoruyucu maddələr yoxdur – bu isə övladlarınızın həm sevdiyi ləzzəti dadması, həm də sağlam böyüməsi üçün ideal seçimdir. Shokki Mokki markası artıq neçə ildir ki, yüksək keyfiyyətli şokolad məhsulları istehsal edərək bazarda öz mövqeyini qoruyur. Daim yeniliklərə açıq yanaşmamız və istehlakçılarımızın gözləntilərini qarşılamağa olan sadiqliyimiz, bizi bu sahədə lider brendlərdən birinə çevirib. Shokki Mokki yalnız ləzzətli məhsulları ilə deyil, eyni zamanda sosial məsuliyyət layihələrində aktiv iştirakı ilə də fərqlənir. Biz uşaqların həm fiziki, həm də zehni inkişafını dəstəkləyən müxtəlif proqram və təşəbbüslərdə iştirak edirik. Gələcəyin sağlam və uğurlu nəsillərinin yetişməsi üçün idman, təhsil və yaradıcılıq sahələrində bir çox layihələri dəstəkləyir və bu istiqamətdə fəaliyyətimizi genişləndirməyə davam edirik.

about nuts
center product
Bol vardır
  • Fındıq

  • Yerli İstehsal
    Yüksək proteinli meşə fındıqları

  • Süd

  • Kakao

  • Vitamin E, Kalsium
    Maqnezium

Əsla yoxdur
  • GMO

  • Trans yağlar

  • Donuz yağı

  • Rəngləndiricilər

  • Qoruyucular

Məhsulumuzdakı yağ

  • Bəzən trans yağı ilə səhv salınır
  • Bədən istiliyində əriyən özəllikdə tam bitki yağıdır
  • İnsan sağlamlığına uyğun istilikdə (200 dərəcənin altında) rafinə edilir