“Shokki Mokki” və “Vuvuzela Meida” nın təşkil etdiyi “Kiçik addımlarla böyük uğurlar” layihəsi ilk dəfə 29 mart tarixində Heydər Əliyev Mərkəzində təqdim edildi. Tədbirdə balacaların gələcəyi üçün həm fiziki, həm də zehni inkişafın vacib olduğuna toxunuldu və bu istiqamətdə həllər təqdim edildi. Keçiriləcək festivallarda balacaları əyləndirərək onların inkişafına müsbət təsir göstərməyin mümkünlüyü nümayiş olundu.