Sokoladli-Cinnabon
Şokoladlı Cinnabon

Say:

10-12 nəfərlik

Hazırlanma vaxtı:

2 saat

Səviyyəsi:

Orta

Şokoladlı Cinnabon yumşaq xəmirin içində Shokki Mokki şokolad yağı ilə hazırlanan, sobada bişirilən ləzzətli ruletlərdir. Tez hazırlanan və şirin sevənlər üçün ideal seçimdir.

Hazırlanma qaydası

  • Mayanı hazırlayın: İlıq südə şəkər və quru mayanı əlavə edib 5-10 dəqiqə saxlayın.
  • Xəmir yoğurun: Yumurtaları, ərinmiş yağı, vanili və maya qarışığını qarışdırın. Unu tədricən əlavə edib yumşaq xəmir yoğurun. İsti yerdə 1 saat saxlayın.
  • Xəmiri yayın: Xəmiri düzbucaqlı formada yayıb üzərinə Shokki Mokki şokolad yağı sürtün.
  • Rulet və kəsmə: Xəmiri rulet şəklində büküb 3-4 sm qalınlığında dilimlərə kəsin.
  • Bişirin: Dilimləri yağlanmış soba sinisinə düzün, 180°C-də 20-25 dəqiqə bişirin.

Tərkibi

  • 1 stəkan  -  süd
  • 0.5 stəkan  -  şəkər tozu
  • 10 gr  -  quru maya
  • 2  -  yumurta
  • 6-7 yemək qaşığı  -  ərinmiş kərəyağı
  • 1 paket  -  vanil
  • 4 stəkan  -  un
  • Shokki mokki şokolad yağı

Digər reseptlər

Daha çox!