”Qarabağ FK” oyunçuları və baş məşqçi Qurban Qurbanov ilə görüş

“Kiçik addımlarla böyük uğurlar” layihəsi çərçivəsində balaca dostlarımızı son illər ölkəmizi avropada inamla təmsil edən “Qarabağ FK” oyunçuları və baş məşqçi Qurban Qurbanov ilə bir araya gətirdik. Balacalarımız bu görüşdə kiçik futbol həyəcanı yaşadıqdan sonra topu Tünzalə Ağayevaya ötürdük və o da möhtəşəm ifası və bənzərsiz enerjisi ilə bu görüşü daha da mükəmməlləşdirdi. Görüş uşaqlar üçün əyləncəli anlar və viktorinalarla yadda qaldı.