Lənkəran festivalı

“Shokki Mokki” olaraq sentyabr ayının 15-də Lənkəranda idik. Dolu-dolu və əyləncəli keçən festivalımızda kloun şou, kukla teatrı, DJ performansı kimi maraqlı proqramlarla yanaşı ləzzətli “Shokki Mokki”li şirniyyatlar və öyrədici master-klaslar da oldu. Uşaqlar bu master-klaslarda boşqab rəngləmə, üz boyama, keks bəzəmək kimi əyləncəli bacarıqlar qazandılar. Murad Arif, Tünzalə Ağayevə və Çinarə kimi tanınmış sənətçilər də bu festivalımıza rəng qatdılar.