“Shokki Mokki” və “Vuvuzella Media”nın təşkil etdiyi “Kiçik addımlarla böyük uğurlar” festivalı iyun ayının 4-də Bakı şəhərində yerləşən Sabis Sun məktəbində keçirildi. Festival həmişəki kimi öyrədici və əyləncəli anlarla yadda qaldı. Musiqili əyləncə, kukla teatrı, kloun şou, şirniyyatlar və s. ilə yanaşı boşqab rəngləmə, üz boyama, keks bəzəmə də uşaqların gününə rəng qatdı.