Ana səhifəŞokoladın orqanizmə xeyri

Uşaqların ən sevimli əyləncəsi ilk yarandığı illərdə bu məhsul haqqında ziddiyyətli məlumatlar var idi, amma sonralar, nəhayət ki öz layiqli yerini və adını qazana bildi. Bu gün artıq hər kəs şokoladın xeyirli olduğunu bilir. Əbəs yerə qədim asteklər "xocolatl" adlandırdığı bu məhsulun yorğunluğu götürdüyünə inanmırdılar.

70-ci illərin əvvələrində yalnış olaraq şokolada artıq çəki, sızanaq, civzələr və xolesterin mənbəyi adını verirlər. Bu gün isə qida mütəxəsisləri məhsulun reabilitasiyasına nail olmuş, onu Qida Olimpinin pik nöqtəsinə yerləşdirmişlər. Hal hazırda şokolad sinir və əzələ inkişafı üçün xeyirli olan maddələrdən ibarət olduğundan ilk başda böyüməkdə olan uşaq orqanizmi üçün zəruri əhəmiyyət kəsb edir. Ayrıca idmanla məşğul olan yeniyetmələrin rasionunda olması həyatı əhəmiyyət daşımaqdadır.

Tərkibində olan tonin mədə bağırsaq keçimsizliyini də asanlıqla aradan qaldırır. Həmçinin qeyd edək ki, bu məhsulun tərkibində orqanizm üçün zərərli xolesterij mövcud deyildir. Nəhayət kariyesin qarşısını da ala biləcək kakao yenədə bu sehrli məhsulun tərkibində “öz işini görməkdədir”.

Website developed by Cogito AD